"Bayer"in top-meneceri Xabi Alonsodan DANIŞDI: "Onun müqaviləsi..."
"Bayer Leverkuzen"in baş direktoru Fernando Karro klubun baş məşqçisi Xabi Alonso haqqında danışıb.
Gundem.az bildirir ki, klubun top-meneceri ispaniyalının yayda "Leverkuzen"dən ayrılmayacağını bildirib:
"Xabi Alonsonun müqaviləsi 2026-cı ilə qədərdir və onun bizim klubda qalacağına şübhə yoxdur".
Daha əvvəl mətbuat orqanları artıq "Bavariya"nın Xabi Alonso ilə danışıqlara başladığı barədə məlumatlar yaymışdı. (Sfera.az)
Mənbə: gundem.az