Image

İstanbulda sökülən binada qorxunc OLAY - Son anda xilas oldu - FOTO

Türkiyədə, İstanbulun Avcılar hissəsində bina söküntüsü zamanı qorxunc anlar yaşanıb.

BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, buna səbəb, boş olduğu ehtimal edilən binanın 4-cü mərtəbəsindən evsiz şəxsin çıxması olub.

Beləöki, söküntü zamanı içəridə yatan şəxs daha sonra pəncərədən boylanaraq prosesin dayandırılmasını istəyib.

Mühafizçilər bu gün səhər saatlarında binaya baxdıqlarını deyiblər. Söküntü işləri zamanı binada yatdığı aşkarlanan evsiz şəxs çantasını belinə alıb çölə çıxıb. Evsiz adam qrupların "Binada başqa kimsə varmı?" sualına "Mən nə bilim" cavabını verdikdən sonra uzaqlaşıb. Evsizin binanı tərk etməsindən sonra qruplar söküntü işlərini qaldıqları yerdən davam etdirib.

BAKU.WS

Xəbər lenti

Mirziyoyev Bakıya gəlib

Sabahın hava proqnozu