Image

“Fənərbağça”lı futbolçulara hücum edənlər məhkəməyə çıxarıldılar - VİDEO

Super Liqanın 30-cu turunda "Fənərbağça"nın səfərdə "Trabzonspor"u 3:2 hesabı ilə məğlub etdiyi matçın final fitindən sonra tribunadan atılaraq meydana daxil olan azarkeşlər məhkəmə binasına aparılıblar.

BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, “Fənərbağça”nın futbolçularına hücum edən 12 azarkeşdən yeddisi saxlanılma prosedurlarından sonra məhkəməyə çıxarılıb.

Qeyd edək ki, Türkiyə Super Liqasının 30-cu turunda "Fənərbağça"nın "Trabzonspor"u 3:2 hesabı ilə məğlub etdiyi matçın yekununda qalmaqal yaranıb.

Trabzon azarkeşləri oyunun final fiti səsləndikdən sonra meydana daxil olaraq qələbəni qeyd edən İstanbul təmsilçisinin futbolçularına hücum ediblər. 

BAKU.WS

Mənbə: baku.ws

Xəbər lenti

Sabahın hava proqnozu

Zelenski Trampa zəng edib