Keçmiş UFC döyüşçüsü iki qadınla ailə qurmağının səbəbini açıqlayıb: “Allah bizi belə yaradıb”
Qazaxıstanlı qarışıq döyüş növləri (MMA) döyüşçüsü Jalgas Jumaqulov şəxsi həyatından danışıb.
BAKU.WS qazeta.ru-ya istinadən xəbər verir ki, o, müsahibəsində iki qadınla ailə qurmasının səbəbini açıqlayıb və qeyd edib.
“İkinci arvad almağa nə ehtiyac var? Kişilər elə yaradılmışdır ki, bizim nar kimi ürəyimiz var. Çoxları “mən monoqamistəm” deyir, amma indi onu gözəl bir qızla baş-başa buraxın, mən ona baxacam ki, görüm necə monoqamist olacaq. Bu yalandır, belə şey olmur. Mən də monoqamistəm - hamını sevən tək mənəm”.
Uca Allah bizə dörd arvad almağa icazə verib. Niyə arvadını aldadıb, evə nifah gətirəsən ki? Gizlətməyə nə var? İstənilən kişi qadınları sevir, çünki Allah bizi belə yaradıb”.
Qeyd edək ki, Jumaqulov peşəkar karyerasında 24 döyüş keçirib, bu döyüşlərdə 15 qələbə qazanıb və 9 məğlubiyyət alıb. UFC-də Jalgas yeddi döyüş keçirib və altı məğlubiyyət alıb.
BAKU.WS