Image

İndoneziyanın yeni prezidenti o oldu

İndoneziyanın müdafiə naziri Prabovo Subianto ölkənin yeni prezidenti seçilib.

Gundem.az xəbər verir ki, bu barədə İndoneziya Mərkəzi Seçki Komissiyası məlumat yayıb.

Məlumata görə, Subianto ölkənin 38 əyalətindən 36-da qalib gəlib.

KİV-lər Subiantonun rəqibləri olan Ganjar Pranovo ilə Anis Basvedanın nəticələrlə razılaşmadıqlarını yazırlar. Onlar İndoneziya Konstitusiya Məhkəməsində seçkilərin nəticələrinə etiraz etməyi planlaşdırırlar.

Qeyd edək ki, Prabovo Subiantonun andiçmə mərasiminin oktyabrın 20-də baş tutacağı proqnozlaşdırılıb.

B

Xəbər lenti

Mirziyoyev Bakıya gəlib

Sabahın hava proqnozu