Okeanın altında püskürən vulkan belə görüntüləndi -VİDEO
Yaponiyada zamanla su altında qalan vulkan aktivləşərək səthə doğru tüstü sıçratmağa başlayıb.
BAKU.WS xəbər verir ki, ölkənin sahil mühafizəsi rəsmiləri havadan apardıqları müşahidələr nəticəsində Sakit Okeanın İvo Jima adasının sahilindəki vulkanın martın 16-da aktivləşdiyini və səthə tüstü səpdiyini açıqlayıb.
Səlahiyyətlilər havadan görünən vulkanın ətrafdakı gəmilər və qayıqlar üçün təhlükə yarada biləcəyi barədə xəbərdarlıq edib.
Rəsmilər adanın keçən il vulkan püskürməsi nəticəsində əmələ gəldiyini, lakin zamanla eroziya nəticəsində su altında qaldığını və tədricən su səthindən yoxa çıxdığını bildirib.
BAKU.WS
Mənbə: baku.ws