Image

“Qarabağ”ın qapıçısından etiraf: "Darıxmışam"

"Qarabağ"ın qapıçısı Andrey Lunyov Rusiya yığmasının ilk məşqindən sonra təəssüratlarını bölüşüb.

Gundem.az xəbər verir ki, o, qonşu ölkə mətbuatına açıqlamasında milli üçün darıxdığını deyib.

Lunyov komandanın keçirəcəyi 2 yoxlama oyunundan birində iştirak etmək arzusunu gizlətməyib: "Çoxdan yığmada deyildim. İki il olub. Darıxmışdım? Əlbəttə. Nostalji hisslərdir. Uzun müdəət görmədiyin insanlarla yenidən görüşmək insana bu hissləri yaşadır. İki yoldaşlıq oyunundan birində çıxış etmək istərdim. Heç olmasa, 45 dəqiqə. Dörd qapıçıyıq, yəqin ki, hamıya vaxt vermək lazımdır".

Qeyd edək ki, Lunyov 2,5 ildən sonra Rusiya yığmasında dəvət alıb. Şimal qonşularımız sabah Serbiya, dörd gün sonra Paraqvayla görüşəcəklər.

Mənbə: gundem.az

Xəbər lenti

Sabahın hava proqnozu

Zelenski Trampa zəng edib