Image

Qubada birmərtəbəli kotec yandı

Qubada birmərtəbəli kotec yanıb.

Bu barədə Gundem.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, Quba rayonunun Qrızdəhnə kəndində ümumi sahəsi 70 kavdratmetr olan birmərtəbəli kotecin yanar konstruksiyaları yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Mənbə: gundem.az

Xəbər lenti

Litva hökuməti istefa verib