Image

Yaponiyada 5,3 bal gücündə zəlzələ olub

Yaponiyada 5,3 bal gücündə zəlzələ baş verib.

BAKU.WS xəbər verir ki, hadisə barədə ölkənin Milli Meteorologiya İdarəsi məlumat yayıb. Bildirilib ki, yeraltı təkan ölkənin şərqində Tokio yaxınlığında qeydə alınıb.

Zəlzələ ocağı 50 km dərinlikdə yerləşib. Yeraltı təkanlar əsasən İbaraki, Saytama, Tiba və Tokio prefekturalarında hiss olunub.

Tələfat və dağıntılar barədə hələlik məlumat yoxdur. 

BAKU.WS

Xəbər lenti

Mirziyoyev Bakıya gəlib

Sabahın hava proqnozu