30 il əvvəlki fotosu GÜNDƏM OLDU: "Klassik papağım və əynimdə yırtıq paltom...." - FOTO
Türkiyəli müğənni və bəstəkar Hayko Cepkin illər əvvəl çəkilən fotosu ilə gündəm olub.
BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, sənətçinin şəkili 1994-cü ildə futbol matçlarından birində azarkeşlik edərkən lentə alınıb.
Həmin vaxt təxminən 15-16 yaşında olan Haykonun bu fotosunu dostlarından biri arxivindən taparaq sosial şəbəkələrdə yayıb. Şəkillə bağlı sənətçi özü də paylaşım edib.
“Yarışın başlamağını gözləyirik... Klassik papağım və yırtıq paltom... Bu mənim tək arxiv fotom olacaq. Bu görüntümü tapdığı üçün ona təşəkkür edirəm. Həqiqətən çox xoşbəxt oldum” - deyə, müğənni vurğulayıb.
BAKU.WS