Image

Azərbaycan millisinin Tofiq Bəhramov adına Respublika stadionunda açıq məşqi keçirildi - FOTO

Azərbaycan milli komandasının “FIFA Series - Edition 2024” layihəsi çərçivəsində keçiriləcək Monqolustanla matç öncəsi Tofiq Bəhramov adına Respublika stadionunda açıq məşqi baş tutub.

BAKU.WS report-a istinadən xəbər verir ki, hazırlıq prosesində 23 futbolçu iştirak edib.

Məşqə yalnız zədə səbəbindən yığmanın düşərgəsindən ayrılan Aleksey İsayev qatılmayıb.

Qeyd edək ki, Azərbaycan millisi “FIFA series – Edition 2024” turnirində martın 22-də Monqolustan, 25-də isə Bolqarıstan ilə qarşılaşacaq. Hər iki görüş saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

BAKU.WS

Mənbə: baku.ws

Xəbər lenti

Sabahın hava proqnozu

Zelenski Trampa zəng edib