Image

"Qarabağ"ın U-14 komandası Minskdə keçirilən turnirdə çempion olub

"Qarabağ”ın U-14 komandası Belarusun paytaxtı Minskdə keçirilən “Naşe Buduşeye” (Bizim Gələcəyimiz) beynəlxalq turnirin qalibi olub.

BAKU.WS report-a istinadən xəbər verir ki, Asif Əlizadənin baş məşqçisi olduğu komanda bu gün qarşılaşdığı iki rəqibini məğlub etməklə çempionluğunu rəsmiləşdirib.

Ağdam təmsilçisi yarımfinalda “Pskov”a, finalda isə BATE-yə 1:0 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, "Qarabağ"ın U-14 komandası daha əvvəl qrup mərhələsində Rusiya təmsilçiləri “Lavina”ya 6:0, “Rotor”a 2:0 hesabı ilə qalib gəlib, Belarus BATE-sinə uduzub - 0:1.

BAKU.WS

Mənbə: baku.ws

Xəbər lenti

Sabahın hava proqnozu

Zelenski Trampa zəng edib