Image

Mingəçevirdəki zəlzələ ilə bağlı daha bir rəsmi məlumat

Xəbər verdiyimiz kimi, bu gün yerli vaxtla saat 19:49-da Mingəçevir ərazisində 4.5 maqnituda zəlzələ qeydə alınıb. Zəlzələ Mingəçevir, Gəncə, Yevlax və Goranboy ərazilərində 4-3 bala qədər hiss olunub.

Gundem.az  xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, zəlzələ nəticəsində hər hansı dağıntı və ya xəsarət barədə Fövqəladə Hallar Nazirliyinə məlumat daxil olmayıb.

Mənbə: gundem.az

Xəbər lenti

Sabah 41 dərəcə isti olacaq

Azərbaycan nefti ucuzlaşıb