Image

Azərbaycan gimnastları Dünya Kubokunda mübarizə aparacaqlar

Aerobika gimnastikası üzrə Azərbaycan millisi Portuqaliyanın Kantanhede şəhərində təşkil olunacaq Dünya Kubokunda mübarizə aparacaq.

BAKU.WS Report-a istinadən xəbər verir ki, bu gün startı veriləcək mötəbər yarışda 4 idmançımız qüvvəsini sınayacaq.

Baş məşqçi Mariyan Kolevin rəhbərliyi altında Vladimir Dolmatov, Mədinə Mustafayeva, Xədicə Quliyeva və Dilarə Qurbanova çıxış edəcəklər.

Martın 24-dək davam edəcək Dünya Kubokunda beynəlxalq dərəcəli hakim Lalə Hüseynova Azərbaycanı hakim kimi təmsil edəcək.

BAKU.WS

Mənbə: baku.ws

Xəbər lenti

Sabahın hava proqnozu

Zelenski Trampa zəng edib