Image

Antoni Blinkenin İsrailə səfəri BAŞLADI

ABŞ dövlət katibi Antoni Blinkenin İsrailə səfəri başlayıb.

Gundem.az xəbər verir ki, bu barədə ABŞ-nin Qüdsdəki səfirliyindən bildirilib.

Qeyd olunub ki, A.Blinken İsrailin Ben Qurion hava limanına çatıb.

ABŞ dövlət katibinin bu gün İsraildə bir sıra görüşlər keçirəcəyi və HƏMAS-la İsrail arasında davam edən müharibəni müzakirə edəcəyi gözlənilir.

Qeyd olunub ki, o, Qəzza zolağında dərhal atəşkəs haqqında razılığın əldə edilməsi səylərini müzakirə etmək niyyətindədir.

Xatırladaq ki, bu, 2023-cü ilin oktyabr ayında Yaxın Şərqdə müharibə başlayandan bəri A.Blinkenin İsrailə altıncı səfəridir.

Mənbə: gundem.az

Xəbər lenti

Sabahın hava proqnozu

Zelenski Trampa zəng edib