Türkiyə ordusu İraqın şimalında əməliyyat keçirdi
Türkiyə Silahlı Qüvvələri İraqın şimalında terrorçulara qarşı əməliyyat keçirib.
Gundem.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
"Türkiyə Silahlı Qüvvələri İraqın şimalında Qəndil bölgəsində 4 PKK terrorçusunu zərərsizləşdirib. Türkiyə ordusu terrorçulara qarşı qətiyyətli mübarizəsini davam etdirir", - deyə nazirlikdən bildirilib.