Image

ABŞ Moskvada terror olacağını haradan bilirdi?

Xəbər verdiyimiz kimi, bu gün axşam saatlarında Moskvanın mərkəzindəki "Krokus Siti Holl" kompleksində terror hadisəsi baş verib. Son məlumata görə, 40 nəfər ölüb, 100-dən çox şəxs yaralanıb.

Gundem.az xəbər verir ki, ABŞ-ın Moskvadakı səfirliyi bu terror əməliyyatı barədə hələ martın 9-da xəbərdarlıq etmişdi.

Bu barədə martın 9-da ABŞ-ın Moskvadakı səfirliyi diplomatik missiyanın rəsmi saytında məlumat yerləşdirmişdi.

“KİV-in məlumatına görə, iri şəhərlərdə, o cümlədən Moskva və Sankt-Peterburqda, Rusiyanın Ukrayna ilə sərhədi boyunca yerləşən ərazilərində ticarət mərkəzləri, dəmir yolu və metro stansiyaları, insanların sıx toplaşdığı digər yerlərə hücum təhlükəsi var”, - məlumatda deyilirdi.

Xəbər lenti

Mirziyoyev Bakıya gəlib

Sabahın hava proqnozu