Xüsusi təyinatlılar "Crocus City Hall"da - Əməliyyat başladı
Rusiya xüsusi təyinatlıları atışmanın baş verdiyi "Crocus City Hall" binasına basqın ediblər.
Gundem.az xəbər verir ki, bu barədə "Shot" "Telegram" kanalı məlumat yayıb.
Məlumata görə, binada girovların olması istisna edilmir.
Hadisəni törədənlərdən dördünün hadisə yerindən qaçdığı bildirilir.
Xatırladaq ki, terror aktı nəticəsində 40 nəfər ölüb, 130-dan çox insan yaralanıb.