Image

"Neftçi" yoxlama oyununda Moskva "Spartak"ı ilə qarşılaşacaq

"Neftçi" klubu bu gün yoxlama oyununda Moskva "Spartak"ı ilə qarşılaşacaq.

"Report" xəbər verir ki, “Neftçi Arena”da keçiriləcək matç saat 18:00-da başlayacaq.

Komandalar son olaraq iyulun 18-də Rusiya paytaxtında münasibətlərini aydınlaşdırmışdılar.

“Otkrıtiye Bank Arena”da baş tutan görüş "Spartak"ın 2:0 hesablı qələbəsi ilə yekunlaşmışdı.

BAKU.WS

Mənbə: baku.ws

Xəbər lenti

Sabahın hava proqnozu

Zelenski Trampa zəng edib