Image

Ağstafada minik maşını aşıb: Xəsarət alanlar var

Ağstafa rayonunda yol-nəqliyyat hadisəsi baş verib, xəsarət alanlar var.

BAKU.WS Report-a istinadən xəbər verir ki, hadisə rayonun Qıraq Kəsəmən kəndində qeydə alınıb.

"Mercedes" markalı avtomobilin idarəetmədən çıxaraq aşması nəticəsində, 2005-ci il təvəllüdlü Jalə Əhmədli, 2005-ci il təvəllüdlü Aqşin Əhmədli və avtomobillin sürücüsü, 2004-cü il təvəllüdlü Həsən Əhmədli xəsarət alıblar.

Zərərçəkənlər Ağstafa Mərkəzi Rayon Xəstəxanasına aparılıb, vəziyyətləri kafi qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

BAKU.WS

Mənbə: baku.ws

Xəbər lenti

Litva hökuməti istefa verib

"Brent" neft ucuzlaşıb