Azərbaycanlı məşhurların nə qədər instaqram izləyicisi var? - VİDEO
Azərbaycanda ən çox izləyicisi olan meyxanaçıların və müğənnilərin adları açıqlanıb.
BAKU.WS xəbər verir ki, bu barədə "El canlı" verilişində bildirilib.
Qeyd edilib ki, meyxanaçılar arasında ən çox instaqram izləyicisinə sahib Pərviz Bülbülədir.
Onun 1 milyon 100 min izləyicisi var. İkinci yeri həmkarı Namiq Qaraçuxurlu tutub. Onun 779 min izləyicisi var. Üçüncü, dördüncü və beşinci yerlərdə isə Vasif Əzimov Aqşin Fateh və Baləli qərarlaşıblar.
Müğənnilər arasında isə birinci yerdə Şəbnəm Tovuzlu yer alıb. Onun instaqram izləyicilərinin sayı 3 milyon 200 mindir.
İkinci yerdə Sevil-Sevinc 3 milyon izləyici ilə qərarlaşıb. 3-cü 2 milyon 900 min izləyici ilə Damla yer alıb. Dördüncü və beşinci yerlərdə Röya Ayxan və Xatirə İslam var.
BAKU.WSMənbə: baku.ws