Qaraçuxurda yolun ortasındakı çala sürücülərə problem yaradır - FOTO\VİDEO
Paytaxtın Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi ərazisindən keçən yol sürücülərə çətin anlar yaşadır.
BAKU.WS-in "qaynar xətti"nə daxil olan məlumata görə, Qaraçuxur qəbiristanlığına gedən yolun ortasında iri çala mövcuddur.
Şikayətçi iddia edir ki, ərazidə dəfələrlə nəqliyyat vasitələrinin təkəri çalaya düşüb və maşınlar ziyan görüb.
Sözügedən görüntüləri təqdim edirik:
BAKU.WS



Mənbə: baku.ws