Azərbaycan ötən il 7 milyard dollara yaxın birbaşa xarici investisiya cəlb edib
2023-cü ildə Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyalar 6,7 milyard ABŞ dolları təşkil edib. BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankında keçirilən brifinqdə qurumun Statistika departamentinin direktoru Samir Nəsirov bildirib. Onun sözlərinə görə, birbaşa xarici investisiyalarda ilk 5 ölkə Böyük Britaniya (1,9 milyard ABŞ dolları), Türkiyə (1,3 milyard ABŞ dolları), Kipr (792 milyon ABŞ dolları), Rusiya (617 milyon ABŞ dolları) və İran (396 milyon ABŞ dolları) olub. BAKU.WSMənbə: baku.ws