Image

"Real Madrid"in ulduzu bu səbəbdən oyuna çıxmayacaq - FOTO

"Real Madrid"in braziliyalı vingeri Vinisius Junior növbəti dəfə İspaniya futbolundakı irqçilik probleminə münasibət bildirib.

BAKU.WS xəbər verir ki, "sambaçı" sosial şəbəkə hesabında paylaşım edib.

"Bu həftəsonu oynamıram. Ancaq yalnız şənbə günü İspaniyada üç aşkar irqçilik hadisəsi yaşandı. Sevilyadan Akunya və Kike Sançes Floresi, "Rayo Mahadahonda"dan isə Sarranı tam şəkildə dəstəkləyirəm. Qoy onların cəsarəti başqalarına ilham versin. İrqçilər tapılmalıdır. Onlar tribunada olarkən matçlar davam edə bilməz. Biz yalnız irqçilər stadionları tərk edib birbaşa həbsxanaya - layiq olduqları yerə gedəndə qalib gələcəyik!".

Xatırladaq ki, 23 yaşlı braziliyalı hücumçu bu yaxınlarda mətbuat konfransında irqçiliklə bağlı sual verildikdən sonra göz yaşlarına boğulub.

BAKU.WS

Mənbə: baku.ws

Xəbər lenti