Qvardiola "Real Madrid"in üstünlüyündən danışdı
"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola Çempionlar Liqasının 1/4 final mərhələsinin “Real Madrid”lə aprelin 9-da baş tutacaq oyunu öncəsi komandasının sıx qrafikindən narazılığını bildirib.
BAKU.WS xəbər verir ki, bu barədə insayder Fabrisio Romano sosial şəbəkə hesabında yazıb.
"Biz 3 apreldə "Aston Villa" ilə, sonra 6 apreldə "Kristal Pelas"la oynayacağıq. Bundan sonra çərşənbə axşamı (9 apreldə - red.) Madridə gedəcəyik. "Real"ın isə hazırlaşması üçün doqquz günü var, doqquz gün!", - jurnalist Fabrisio Qvardiolanın sözlərindən sitat gətirib.
Xatırladaq ki, komandalar arasında ilk oyun aprelin 9-da Madriddə, cavab qarşılaşması isə aprelin 17-də Mançesterdə keçiriləcək.
BAKU.WSMənbə: baku.ws