Image

AFFA-nın yeni vitse-prezidentləri MÜƏYYƏNLƏŞDİ

AFFA-nın yeni vitse-prezidentləri müəyyənləşib.

Gundem.az-ın Report-a istinadən məlumatına görə, İcraiyyə Komitəsinin yeni tərkibdə ilk iclasından sonra qurumun rəhbəri Rövşən Nəcəf vitse-prezidentlərin adlarını açıqlayıb.

Sərxan Hacıyev icraçı vitse-prezident, Elşad Nəsirov, Könül Mehtiyeva və Balakişi Qasımov isə vitse-prezident təyin olunublar.

Sərxan Hacıyev eyni zamanda icraçı baş katib vəzifəsini icra edəcək.

Mənbə: gundem.az

Xəbər lenti