Image

Kəngərli rayonunda qəza: Xəsarət alanlar var - FOTO

Kəngərli rayonunda yol-nəqliyyat hadisəsi baş verib, xəsarət alanlar var.

Gundem.az xəbər verir ki, hadisə rayonun Qıvraq qəsəbəsində qeydə alınıb.

Şərur rayonu, Yaycı kənd sakini, 1975-ci il təvəllüdlü Qabil Sabir oğlu Zeynalovun idarə etdiyi avtomobil KIA markalı nəqliyyat vasitəsi ilə toqquşub.

Nəticədə Qaraxanbəyli kənd sakinləri - 1972-ci il təvəllüdlü Sara Məhərrəm qızı Babayeva və 1992-ci il təvəllüdlü Rəxşəndə Elman qızı Babayeva xəsarət alıblar.

Onlar Naxçıvan Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdiriliblər, vəziyyətləri orta-ağırdır.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: gundem.az

Xəbər lenti