Image

Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç yola salınıb

Cəbrayıl rayonunun Şükürbəyli  kəndinə 20 ailə - 89 nəfər köçürülür.

2026-cı ildə azad olunmuş ərazilərin bərpası üçün dövlət büdcəsindən 3,5 milyard manat vəsait ayrılması nəzərdə tutulur.

2020-2025-ci illər ərzində həmin ərazilərin yenidən qurulması üçün ümumilikdə 22 milyard manat vəsait xərclənib, 2025-ci ildə isə bu məqsədlə 4,4 milyard manat ayrılıb.

Beləliklə, 2025-ci il də daxil olmaqla, işğaldan azad olunmuş ərazilərin bərpasına yönəldilən ümumi vəsait 25,5 milyard manata çatıb.

Rəsmilər bundan əvvəl 2026-cı ilin sonunadək Qarabağ bölgəsinə 120 min nəfərin köçürülməsinin planlaşdırıldığını bəyan ediblər.

Aytac

Mənbə: anews.az

Xəbər lenti