Bakıda körpə pəncərədən düşərək ölüb
Bakının Sabunçu rayonunda bədbəxt hadisə baş verib.
BAKU.WS apa-ya istinadən xəbər verir ki, hadisə “Ramana sovxozu” adlanan ərazidə qeydə alınıb.
Doqquzmərtəbəli binanın dördüncü mərtəbəsinin pəncərəsindən dördaylıq körpə Ayla Tural qızı Eyvazlı düşərək ölüb.
Faktla bağlı araşdırma aparılır.
BAKU.WSMənbə: baku.ws