Image

Rusiya bir sutkada 454 Ukrayna dronunun vurulduğunu açıqlayıb

 

Rusiya Hava Hücumundan Müdafiə (HHM) qüvvələri son 24 saat ərzində Ukraynaya məxsus yüzlərlə pilotsuz uçuş aparatını zərərsizləşdirib.

Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumata görə, ötən sutka ərzində HHM sistemləri tərəfindən Ukraynaya məxsus 454 pilotsuz uçuş aparatı vurulub.

Nazirlik həmçinin bildirib ki, həmin dövrdə 5 ədəd “Storm Shadow” qanadlı raketi və 13 idarəolunan aviasiya bombası da məhv edilib.

Məlumatda hadisələrin baş verdiyi ərazilər və itkilərlə bağlı əlavə təfərrüatlar açıqlanmayıb.

Aytac

Mənbə: anews.az

Xəbər lenti

Litva hökuməti istefa verib

"Brent" neft ucuzlaşıb