Image

Biləsuvarda ərzaq mağazasının anbarı yandı

Biləsuvar rayonunda ərzaq mağazasının anbarı yanıb.

Bu barədə Gundem.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, ümumi sahəsi 63 m² olan ərzaq mağazasına bitişik sahəsi 25 m² olan anbarın dam örtüyünün yanar konstruksiyaları və içərisində olan mallar yanıb.

Mağaza yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Mənbə: gundem.az

Xəbər lenti