İyun ayının sosial ödənişləri yekunlaşıb
Azərbaycanda iyun ayı üzrə sosial müavinətlər, təqaüdlər və ünvanlı dövlət sosial yardımları ödənilib.Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.
Nazirliyin məlumatına görə, bununla da iyun ayı üzrə bütün sosial ödənişlər tam yekunlaşıb.
Bundan əvvəl, iyunun 12-də Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu və Naxçıvan Muxtar Respublikasında yaşayan pensiyaçıların, iyunun 19-da isə digər bölgələrdə yaşayan və güzəştli şərtlərlə pensiya təyin edilmiş şəxslərin iyun ayı üzrə pensiyaları ödənilmişdi.
Mənbə: anews.az