Image

Şəkidə QƏZA: Xəsarət alanlar var - FOTO

Şəkidə 2 avtomobil toqquşub, xəsarət alanlar var.

BAKU.WS Report-a istinadən xəbər verir ki, hadisə Şəki-Qax avtomobil yolunun rayonun Biləcik kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "Toyota" və "Chevrolet" markalı avtomobillərin toqquşması nəticəsində Zaqatala rayon sakini, 1987-ci il təvəllüdlü İsrafilov Rəşad Nuru oğlu və Qax rayon sakini, 1978-ci il təvəllüdlü Babacanaşvili Qoqita Romikoyeviç xəsarət alıblar.

Yaralılar Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

BAKU.WS

Mənbə: baku.ws

Xəbər lenti