Image

Türkiyədə həyat sığortalarının 73%-i bank kanalı ilə satılır

 

Türkiyədə bank sığortaçılığı (bancassurance) sığorta məhsullarının geniş kütlələrə çatdırılmasında mühüm rol oynayır. Bunu Türkiyə Sığorta Birliyinin Baş katibinin müavini Atilla Oksay deyib.

Onun sözlərinə görə, sığorta sektorunun əsas məqsədi fərdləri və təşkilatları gözlənilməz risklərin maliyyə nəticələrindən qorumaqdır. Bu məqsədə çatmaq üçün isə agentlər, brokerlər, rəqəmsal platformalar və banklar kimi paylama kanallarının uğurlu fəaliyyəti böyük əhəmiyyət daşıyır.

O qeyd edib ki, bankların geniş müştəri bazası, inkişaf etmiş filial şəbəkəsi və rəqəmsal infrastrukturu sığorta məhsullarının daha çox insana çatdırılmasına imkan yaradır. Xüsusilə həyat sığortalarında bank kanalının rolu daha qabarıq hiss olunur.

2026-cı ilin aprel ayının nəticələrinə görə, Türkiyədə ümumi qeyri-həyat sığortası haqları üzrə bank kanalının payı 23 % təşkil edib. Həyat sığortalarında isə bu göstərici 73 %-ə çatıb. Qeyri-həyat sığortalarında bank kanalının payı 14 %, sağlamlıq sığortalarında isə 21 % olub.

Aytac

Mənbə: anews.az

Xəbər lenti