Image

Füzulidə qəbiristanlıqda yanğın olub

Füzuli rayonunda qəbiristanlıq ərazisində yanğın hadisəsi baş verib.

“Qafqazinfo”nun məlumatına görə,yanğın rayonun Babı və Arayatlı kəndlərinin qəbiristanlığında olub.

Quru otlaq sahəsində başlayan yanğın qısa müddətdə genişlənərək məzarların ətrafına yayılıb.

Yanğın nəticəsində bir neçə qəbir daşına ziyan dəyib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə qüvvələri cəlb olunub. Yanğınsöndürənlərin operativ müdaxiləsi nəticəsində alov söndürülüb.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: anews.az

Xəbər lenti