Image

Ağdamda iki avtomobil toqquşub, dörd nəfər yaralanıb

Ağdam rayonunda dörd nəfərin xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə rayonun Qaradağlı kəndində qeydə alınıb.

İki "VAZ" markalı avtomobilin toqquşması nəticəsində 1990-cı il təvəllüdlü Nahid Vahid oğlu Məmmədov, 1986-cı il təvəllüdlü Anar Qüdrət oğlu Yusifov, 1986-cı il təvəllüdlü Coşqun Allahverdi oğlu Abbasov və 1957-ci il təvəllüdlü Mehman Ərşad oğlu Allahverdiyev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılan yaralılara tibbi yardım göstərilib. Faktla bağlı araşdırma aparılır.

Mənbə: anews.az

Xəbər lenti

Sabahın hava proqnozu

Faktiki hava açıqlanıb

Azərbaycan nefti bahalaşıb