Image

Tovuzda avtomobil aşıb, ölən və yaralananlar var

Tovuz rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə rayonun Yanıqlı kəndində qeydə alınıb.

"VAZ-2106" markalı minik avtomobili idarəetmədən çıxaraq aşıb. Nəticədə avtomobildə olan 2006-cı il təvəllüdlü Nəsimi Rəhimov ağır xəsarət alıb. O, xəstəxanaya aparılan zaman yolda dünyasını dəyişib. Onun həmyaşıdları - Əli Məmmədov və Asim Mirzəyev isə xəsarət alıblar. Onlar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma başlanılıb.

Mənbə: anews.az

Xəbər lenti

Sabahın hava proqnozu

Faktiki hava açıqlanıb

Azərbaycan nefti ucuzlaşıb