Image

Maskın beş gündə qazancı dünyanı şoka saldı

"Tesla" və "SpeysX" şirkətinin sahibi İlon Maskın sərvəti son beş gündə 37,3 milyard dollar artıb.

Gundem.az axar.az-a istinadən bildirir ki, bu barədə "Blumberq" məlumat yayıb.

Çin "Baidu" texnologiya şirkəti ilə mümkün əməkdaşlıq xəbərləri "Tesla"nın səhmlərini artırıb.

Bildirilib ki, bu 2022-ci ilin mart ayının əvvəlindən bəri Maskın sərvətində ən böyük artımdır. Təkcə aprelin 29-da İlon Maskın sərvəti 18,5 milyard dollar artaraq 201,5 milyard dollara çatıb. "Tesla" səhmləri həmin gün 17,76% bahalaşıb.

Xəbər lenti

Faktiki hava açıqlanıb