Image

Ağdərədə "Niva" və sərnişin mikroavtobusu toqquşub, xəsarət alanlar var

Ağdərədə bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası olub.

"Report"un məlumatına görə, hadisə rayonun Vəngli kəndində qeydə alınıb.

"Niva" və sərnişin mikroavtobusu toqquşub. Hadisə nəticəsində mikroavtobusun sərnişinləri: 1966-cı il təvəllüdlü Hacıyeva Nərgiz Əmrah qızı, 2011-ci il təvəllüdlü Babayeva Minarə Elnur qızı, 1989-cu il təvəllüdlü Həsənova Həcər Əli qızı, 1984-cü il təvəllüdlü İmanova Raidə Bəxtiyar qızı, 2018-ci il təvəllüdlü İmanov Hüseyn Pərviz oğlu xəsarət alıblar.

Yaralılar Bərdə Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: anews.az

Xəbər lenti

Sabahın hava proqnozu

Faktiki hava açıqlanıb

Azərbaycan nefti ucuzlaşıb