Image

Tokayev Bakı və İrəvanın Almatıda XİN rəhbərləri səviyyəsində görüşə razılıq vermələrini ALQIŞLADI

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Bakı və İrəvanın Almatıda XİN rəhbərləri səviyyəsində görüşə razılıq vermələrini alqışlayıb.

Bu barədə Gundem.az “Sputnik”ə istinadən xəbər verir.

Qazaxıstan Prezidenti bu görüşün 1991-ci ildə tarixi deklarasiyanın imzalandığı Almatı şəhərində baş tutacağını rəmzi adlandırıb

“1991-ci ildə MDB ölkələrinin inkişafının əsasını qoyan deklarasiyanın imzalandığı Almatı şəhərində belə bir görüşün keçirilməsi rəmzidir”, - o deyib.

Mənbə: gundem.az

Xəbər lenti