Nazir: Bu günədək 104 435 müəllim sertifikatlaşdırma prosesində iştirak edib
2022-ci ildən bu günədək 104 435 müəllim sertifikatlaşdırma prosesində iştirak edib.
Bunu elm və təhsil naziri Emin Əmrullayev “Sertifikatlaşdırma: səriştəli müəllim – keyfiyyətli təhsil” mövzusunda keçirilən tədbirdə deyib.
Nazirin sözlərinə görə, müəllimlərin sertifikatlaşdırılması islahatı Azərbaycan təhsilinin keyfiyyətinə müsbət təsir göstərəcək.
“İlk dəfədir ki, bütün müəllimlər ən azı bir dəfə sertifikatlaşdırmadan keçiblər”, – deyə Emin Əmrullayev vurğulayıb.
Aytac
Mənbə: anews.az