Image

Nazir ilkin səhiyyə xidməti ilə bağlı məsələyə münasibət bildirib

Azərbaycanda ilkin səhiyyə xidmətlərinin gücləndirilməsi və erkən diaqnostika imkanlarının artırılması uzunmüddətli dövrdə dövlətin səhiyyə xərclərinin səmərəliliyini yüksəldəcək. Bunu maliyyə naziri Sahil Babayev deyib. Babayev Milli Məclisdə “2025-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib ki, ilkin səhiyyə xidmətlərinin gücləndirilməsi, tibbi xidmətlərin əhatə dairəsinin artırılması, xidmətlər zərfinin genişləndirilməsi və ailə həkimi institutunun formalaşdırılması istiqamətində tədbirlər görülür. Nazirin sözlərinə görə, 2026-2028-ci illərdə ilkin səhiyyənin profilaktik və erkən diaqnostika funksiyalarının gücləndirilməsi nəzərdə tutulur. “Bu da öz növbəsində ümumi səhiyyə sisteminin yükünü azaltmaqla yanaşı, uzunmüddətli dövrdə dövlətin səhiyyə xərclərinin səmərəliliyini artıracaq”, - Babayev bildirib. O əlavə edib ki, icbari tibbi sığorta fondu hesabına irsi və nadir uşaq xəstəliklərinin müalicəsi, ana və uşaqların sağlamlığının yaxşılaşdırılması, uşaqların icbari dispanserizasiyası və uşaqlarda kistoz fibroz xəstəliyinə qarşı tədbirlər maliyyələşdirilir. Nazir həmçinin bildirib ki, dövlət büdcəsi hesabına uşaqlar arasında yoluxucu xəstəliklərin immunoprofilaktikasına cari ildə hesabat ili ilə müqayisədə 6 faiz çox vəsait proqnozlaşdırılıb. Gülnar Nazimqızı

Mənbə: anews.az

Xəbər lenti

Azərbaycan nefti bahalaşıb