Image

Yasamal və Nizami rayonlarının bəzi ərazilərində elektrik enerjisi olmayacaq

Bu gün paytaxtın Yasamal və Nizami rayonlarının bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq.

"Azərişəq"dan verilən məlumata görə, iyulun 1-də Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində Transformator Məntəqəsində (TM) təmir işləri aparılacaq. Bununla əlaqədar olaraq saat 10:00-dan 13:00-dək Əsəd Əhmədov, Vasif Əliyev, Yeni Yasamal küçələrinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Mənbə: anews.az

Xəbər lenti

Azərbaycan nefti ucuzlaşıb

"Bitcoin" ucuzlaşıb