"Qurtuluş" Reabilitasiya Mərkəzinin rəhbərinə və iki əməkdaşına şərti cəza verilib
Sumqayıt Şəhər Məhkəməsində "Qurtuluş" Reabilitasiya Mərkəzinin rəhbəri Ceyhun Salmanov və mərkəzin iki əməkdaşı – Elşən Məhərrəmov və Natiq Əliyevin cinayət işi üzrə məhkəmə araşdırması yekunlaşıb.
Məhkəmənin hökmünə əsasən, təqsirləndirilən şəxslər adam oğurluğu, qanunsuz azadlıqdan məhrum etmə və əzab vermə ittihamları üzrə təqsirli biliniblər.
Hökmə əsasən, hər üç şəxsə 3 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin olunub. Lakin məhkəmə cəzanın şərti tətbiq edilməsinə qərar verib.
Nəticədə Ceyhun Salmanov, Elşən Məhərrəmov və Natiq Əliyev məhkəmə zalından azadlığa buraxılıblar.
Mənbə: anews.az