Image

DSX: İyunda sərhədi qanunsuz keçməyə cəhd edən 21 nəfər saxlanılıb

İyunda Azərbaycanın dövlət sərhədini pozduqlarına görə 21 nəfər saxlanılıb. Bu barədə Dövlət Sərhəd Xidməti (DSX) məlumat yayıb.

Məlumata görə, saxlanılanlardan 8-i Azərbaycan, 5-i İran, 2-si Əfqanıstan, 6-sı isə Nigeriya vətəndaşı olub.

DSX bildirib ki, qanunsuz miqrasiya ilə mübarizə tədbirləri çərçivəsində saxtalaşdırılmış tarix möhürü və pasportdan, eləcə də özgəsinə məxsus sənədlərdən istifadə etməklə dövlət sərhədini keçməyə cəhd göstərən daha 8 nəfər də saxlanılıb.

Bundan başqa, sərhəd rejimi qaydalarını pozduqlarına görə 25 nəfər barəsində müvafiq tədbirlər görülüb.

DSX mütəmadi olaraq dövlət sərhədinin mühafizəsi, qanunsuz miqrasiya və sərhəd pozuntularına qarşı keçirilən əməliyyatların nəticələrini aylıq hesabatlar şəklində açıqlayır. İyun ayı üzrə statistikaya əsasən, sərhəd pozuntuları ilə yanaşı, saxta sənədlərdən istifadə halları da qeydə alınıb.

Gülnar Nazimqızı 

Mənbə: anews.az

Xəbər lenti

Nurlana Əliyeva vəfat edib