Image

Ordubadda avtomobil qaz xəttinə çırpılıb, təchizat dayandırılıb

Ordubadda minik avtomobili qaz xəttinə çırpılıb.

"Report" xəbər verir ki, yol-nəqliyyat hadisəsi nəticəsində rayonun "mavi yanacaq" təchizatı dayandırılıb.

Bildirilib ki, qəzanın nəticələri aradan qaldırılanadək təbii qazın verilişində müvəqqəti fasilə yaranacaq.

"Mavi yanacaq" təchizatı təmir-bərpa işləri başa çatdıqdan sonra bərpa ediləcək.

Mənbə: anews.az

Xəbər lenti