Image

FHN: Həkəri çayında batan şəxsin axtarışları aparılır

Həkəri çayının Zəngilan rayonunun Ağalı kəndindən keçən hissəsində bir nəfər batıb.Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb edilərək axtarışlara başlayıblar.

Hazırda 1962-ci il təvəllüdlü Həsənov Nuşirəvan Mehdi oğlunun batdığı ehtimal olunan istiqamətlərdə axtarış-xilasetmə tədbirləri davam etdirilir.

 

Mənbə: anews.az

Xəbər lenti

Sabahın hava proqnozu

Zelenski Trampa zəng edib