Image

Qazaxın Aslanlı kəndində taxıl sahəsində yanğın olub

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Qazax rayonu, Aslanlı kəndində taxıl sahəsində yanğın baş verməsi barədə məlumat daxil olub.

Nazirlikdən bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Qazax Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi yanğın ətraf ərazilərə yayılmasına, o cümlədən yaxınlıqda yerləşən fermaya keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində 1 ha sahədə biçilməmiş, 7 ha sahədə biçilmiş taxıl sahəsi yanıb.

Biçilməmiş taxıl sahələri, o cümlədən yaxınlıqda yerləşən ferma yanğından mühafizə olunub.

Mənbə: anews.az

Xəbər lenti

Sabahın hava proqnozu

Zelenski Trampa zəng edib