FHN: Ötən həftə 583 yanğına müdaxilə edilib, 48 nəfər xilas olunub
Ötən həftə Azərbaycanda 583 yanğın hadisəsinə müdaxilə olunub, 48 nəfər xilas edilib. Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Nazirliyin bildirdiyinə görə, "112" qaynar telefon xəttinə daxil olan müraciətlər əsasında ötən həftə ərzində 583 yanğına çıxış, 39 köməksiz vəziyyətdə qalma, 7 yol-nəqliyyat qəzası və 2 partlayış faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.
Görülən tədbirlər nəticəsində 9-u azyaşlı olmaqla 48 nəfər xilas edilib, 6 nəfər xəsarət alıb, 15 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.
Fövqəladə Hallar Nazirliyi hər həftə ölkə üzrə yanğınlar, qəza-xilasetmə əməliyyatları və digər fövqəladə hadisələrlə bağlı statistik məlumatları açıqlayır. Bu məlumatlar nazirliyin "112" qaynar xətti vasitəsilə daxil olan çağırışlar əsasında hazırlanır.
Mənbə: anews.az