FHN küləkli hava ilə əlaqədar çimərliklərə gedənlərə müraciət edib
Fövqəladə Hallar Nazirliyi (FHN) iyulun 7-8-də Bakıda və Abşeron yarımadasında gözlənilən küləkli hava şəraiti ilə əlaqədar əhaliyə xəbərdarlıq edib.
Nazirliyin məlumatına görə, güclü külək səbəbindən həmin günlərdə dənizə girmək təhlükəli hesab olunur. FHN vətəndaşları təhlükəsizlik qaydalarına ciddi əməl etməyə çağırıb və bu qaydalara laqeyd yanaşmanın insan həyatı üçün ciddi risk yaratdığını bildirib.
Qurum təhlükə ilə üzləşən şəxslərə dərhal 112 qaynar xəttinə müraciət etməyi tövsiyə edib.
Mənbə: anews.az